Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Vəkillər iyulun 30-da pulsuz xidmət göstərəcəklər

Vəkillər iyulun 30-da pulsuz xidmət göstərəcəklər

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin peşə bayramı günü münasibətilə 30 iyul tarixində saat 09:00-18:00-da vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib. Məlumata görə, bununla bağlı qeyd olunan tarixdə istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …