Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Vəkillərə ödənişlər nağdsız formada olacaq

Vəkillərə ödənişlər nağdsız formada olacaq

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından bildiriblər ki, iclasda “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” Qaydalar təsdiq edilib. Nağdsız hesablaşmaların cari ilin oktyabr ayının 1-dən etibarən tətbiq edilməsi qərara alınıb.

Bundan əlavə, iclasda vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərə 30 iyul 2019-cu il tarixdə, Azərbaycan vəkilliyinin 100 illiyinin təntənəli qeyd olunması ilə bağlı vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi, aztəminatlı ailələrə və sosial təyinatlı obyektlərə baş çəkilməsi tövsiyə edilib.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …