Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Vəkil olmaq istəyənlər imtahan verir

Vəkil olmaq istəyənlər imtahan verir

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzi (DİM) və Vəkillər Kollegiyası tərəfindən keçirilən imtahan saat 11:00-da başlayıb. Namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binalarında imtahan verirlər.

İmtahanın idarə edilməsinə 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunub. Nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib.

İmtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib. Namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunur. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə imtahanda məntiqə dair suallardan istifadə edilməyib.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə – şifahi müsahibəyə buraxılacaqlar.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …