Ana səhifə / Cəmiyyət / Üzeyir Cəfərov Elçin Sadıxovun dediklərini əsassız sayır: ” Hüquqşünas adamsan, pul veribsən ki, istəyirsən?”

Üzeyir Cəfərov Elçin Sadıxovun dediklərini əsassız sayır: ” Hüquqşünas adamsan, pul veribsən ki, istəyirsən?”

Vəkil Elçin Sadıqov sosial şəbəkədə status yazaraq tanınmış şəxslərdən birinin cinayət işini Avropa Məhkəməsində udduğunu və həmin şəxsin ayrılan təzminatdan ona çatacaq haqqı hələ də ödəmədiyini bildirib. Statusa yazılan şərhlərdə həmin şəxsin hərbi ekspert Üzeyir Cəfərov olduğu qeyd olunub.

Azinforum.az xəbər verir ki,  Üzeyir Cəfərov qafqazinfo.az-a mövqeyini açıqlayaraq, belə bir problemin olduğunu təsdiqləyib, lakin özünün heç bir təqsiri və borcu olmadığını deyib: “Elçin Sadıqov hələ ki mənim adımı çəkməyib. Mənim işim üzrə onu deyim ki, nə problemləri varsa, gedib Media Hüququ İnstitutunda özləri araşdırsınlar. Nə qədər deyiblərsə, hamısı İnstituta ödənilib, aldıqlarını alıblar. Mənim Avropa Məhkəməsinə gedən işimdə Media Hüququ İnstitutu tərəfdaş olub, Elçin Sadıqovun bu işə heç bir aidiyyatı olmayıb. Avropa Məhkəməsinin qərarında da Elçin Sadıqovun adı yazılmayıb. Qərarı oxuyun, orda yazılıb ki, Elçin Sadıqova 4400 avro verilsin? Mənim işlərimi Xalid Ağaliyev görüb və işi Avropa Məhkəməsinə o göndərib. Elçin Sadıqov heç mənim Azərbaycandakı daxili məhkəmələrimdə də vəkilim olmayıb. Ali Məhkəmədə isə Rəşid Hacılı mənim vəkilim kimi çıxdı, sonra da aradan çıxdı. Dedilər, Rəşid Azərbaycandan gedib. Mən də Xalidə dedim ki, bəs pul ödəmişəm, mənim işim necə olacaq? Elçin Sadıqovun özünün mənə qaytaracağı vəsait var. Bu həm rəsmi sənədlərlə, həm də görüntülərlə öz təsdiqini tapır. Vəkil olan adamın hüquqları pozulursa, məhkəməyə müraciət etsin. Bunlar İnstitutda öz aralarında nəyisə bölə bilməyiblər. Elçin Sadıqov mənə mesaj yazıb ki, “mənim pulumu qaytar”. Qardaş, sən hüquqşünas adamsan, pul veribsən ki, istəyirsən? Mən bir dəfə Elçinin etibarını doğrultmamışdımsa, necə olur 2-ci dəfə ona etibarnamə vermişəm? Mən bilmirəm bu “hoqqa”nı hardan çıxartdılar, amma hələ ki, izləyirəm. Adım çəkiləcəyi təqdirdə, hüquqi yolla addım atılacaq”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın