Ana səhifə / Cəmiyyət / Universitetlərimizin regional səviyyədə reytinqləri məlum oldu

Universitetlərimizin regional səviyyədə reytinqləri məlum oldu

Böyük Britaniyanın “QS Quacquarelli Symonds” şirkəti 2019-cu il üzrə Avropa və Mərkəzi Asiya regionunun inkişafda etməkdə olan ölkələrinin ali məktəblərini əhatə edən reytinqini hazırlayıb. Reytinqdə Azərbaycandan 7 universitet yer alıb.

Avropa və Mərkəzi Asiya regionunun inkişafda etməkdə olan ölkələrinin ali məktəblərini reytinqində ən yaxşı yeri Bakı Dövlət Universiteti tutub. Universitet 142-ci pillədə (dünya reytinqində 801-1000) qərarlaşıb. Qeyd edək ki, ötən il Bakı Dövlət Universiteti reytinqdə 95-ci, ondan əvvəlki il isə 88-ci olub. Xəzər Universiteti 161-170-ci yerdə (dünya reytinqində 701-750) qərarlaşıb, Azərbaycan Dövlət İqtisad Universiteti 181-190-ci yerdə, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA və Azərbaycan Dillər Universiteti 201-250-ci yerlərdə, Bakı Slavyan Universiteti isə 251 – 300-cü pillədə qərarlaşıb.

Ümumilikdə götürəndə isə Azərbaycan universitetlərinin hamısı Avropa və Mərkəzi Asiya regionunun inkişaf etməkdə olan ölkələrinin ali məktəblərini əhatə edən reytinqində ötən illə müqayisədə geriləyib.

Maraqlıdır ki, reytinqdə Ermənistanın cəmi 3, Gürcüstanın isə 2 universiteti yer alıb.

Reytinqdə ilk pillədə Lomonosov adına Moskva Dövlət Universiteti qərarlaşıb. İkinci pillədə Rusiyanın Novosibirsk Dövlət Universitetidir. Üçüncü yeri isə iki universitet – Çexiyanın “Charles” Universiteti və Sankt-Peterburq Dövlət Universiteti bölüşürlər.

Avropa və Mərkəzi Asiya regionunun inkişafda etməkdə olan ölkələrinin ali məktəblərini əhatə edən reytinqinə iki Türkiyə Universiteti – Yaxın Şərq Texniki Universiteti və Boğaziçi Universiteti də daxil olub.

Bu arada ABŞ-ın “U.S. News and World Report” dərgisi təhsil səviyyəsinə görə dünyanın ən yaxşı 1250 universitetinin siyahısını yayımlayıb. Siyahıya Azərbaycan ali məktəblərindən heç birinin adı daxil edilməyib. Reytinqə qonşu ölkələrdən – Gürcüstandan bir universitetin (Tbilisi Dövlət Universiteti) adı daxil edilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …