Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Universitetlərə inam azalıb – Rektor

Universitetlərə inam azalıb – Rektor

“Keçmişlə müqayisədə universitetlərin sayı əhəmiyyətli dərəcədə artıb. Amma universitetlərin sayının artması sanki onlara olan inamın azalması ilə müşayiət olunur”.

Bu fikrin Bakupost.az -a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.
Rektor qeyd edib ki, universitetlər qarşısında duran əsas vəzifələri yerinə yetirmək, o cümlədən “yaxşı mütəxəssis tapa bilmirik” iradlarına son qoymaq üçün universitetlərə inamın bərpası da həlledici amillərdəndir:
“Universitet funksiyalarının cari iqtisadi və sosial məsələlərlə məhdudlaşdırılması da yanlış görünür. Eləcə də, universitetlərin “məhsulu”nun, yəni məzunlarının və eləcə də “qiymətləndiricilər”in özlərinin də qiymətləndirilməsi sisteminə ehtiyac var”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …