Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Unibank” rəhbəri Leyla Yunus və Rüstəm İbrahimbəyovla eyni sırada

“Unibank” rəhbəri Leyla Yunus və Rüstəm İbrahimbəyovla eyni sırada

“Unibank” KB ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov Azərbaycan- Fransa əlaqələrinin inkişafına verdiyi töhfəyə görə, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı- “Fransanın Fəxri Legion Kavaleri ordeni”nə layiq görülüb.

Oxu.az xəbər verir ki, Fransa dövlətinin yüksək dövlət mükafatını Eldar Qəribova bu ölkənin Azərbaycandakı səfiri Paskal Mönye təqdim edib.

Səfir ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsi və əməkdaşlığın gücləndirilməsi istiqamətindəki fəaliyyətinə görə E.Qəribova təşəkkürünü bildirib.

Mükafata görə Fransa rəhbərliyinə minnətdarlığını bildirən Eldar Qəribov, bu mükafatın onun üçün böyük əhəmiyyət daşıdığını deyib: “Mən bu böyük mükafata və mənim təvazökar əməyimə verilən yüksək qiymətə görə Fransa prezidentinə dərin minnətdarlığımı bildirirəm. Mənim üçün böyük şərəf və həmçinin böyük məsuliyyətdir ki, tarixdə ilk azərbaycanlı sahibkar olaraq bu mükafata layiq görülmüşəm.

Ölkələrimiz arasında uzun illərdir davam edən yüksək dostluq münasibətlərinin inkişafı və daha da möhkəmlənməsi üçün bundan sonra da dəstəyimi əsirgəməyəcəm”.

Qeyd edək ki, Fəxri Legion ordeni — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatıdır. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib.

Virtualaz.org onu da qeyd edir ki, indiyədək Azərbaycandan bu ordenlə Sülh və Demokratiya İnstitutunun hazırda həbsdə olan direktoru Leyla Yunus və məşhur kinossenarist və avantürist-siyasətçi Rüstəm İbrahimbəyov təltif olunublar.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın