Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ukraynadakı yanğında ölən azərbaycanlıların adları məlum oldu – SİYAHI

Ukraynadakı yanğında ölən azərbaycanlıların adları məlum oldu – SİYAHI

Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub.

Bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kənd sakini, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yelçiyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yaşar oğludur.

Xatırladaq ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın da olduğu 4 nəfər isə xilas edilib.

Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.

Ölən 4 azərbaycanlının meyiti sabah vətənə yola salınacaq. Bu barədə APA-ya Zaporojye azərbaycanlıları cəmiyyətinin sədri Həbib Həsənli bildirib.

Azərbaycan diasporunun köməyi ilə ölən azərbaycanlılarla bağlı lazımi sənədlər hazırlanıb və onların vətənə göndərilməsi üçün hər cür tədarük görülüb.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …