Ana səhifə / Cəmiyyət / Ukraynada yaşayan azərbaycanlılar adından AZTV-yə saxta məktub göndərildi

Ukraynada yaşayan azərbaycanlılar adından AZTV-yə saxta məktub göndərildi

Ukraynada yaşayan bir qrup ziyalı adından Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova müraciət ünvanlandığı haqda xəbər yayımlanıb.

AZXEBER.COM-un məlumatına görə, müracətə 17 ziyalının imza atdığı və onların AZTV-nin Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun hərəkətlərindən şikayətçi olması iddia olunur.

Maraqlıdır ki, bu xəbərdə ziyalıların adı yazılsa da, sonradan onların adları mətbuatdan yığışdırılıb. AZXEBER.COM məsələylə bağlı adıçəkilən şəxslərin bəziləri ilə əlaqə saxlayıb və onlar heç bir sənədə imza atmadıqlarını və heç kimdən şikayət etmədiklərini bildiriblər. Hətta ziyalılar bu yazıya görə, məhkəməyə müraciət edəcəklərini və adlarından sui-istifadənin yolverilməz olduğunu deyiblər.

Ukrayna Ağsaqallar Şurasının sədri Firudin Məmmədov məsələylə bağlı deyib: “Mən uzun illərdir ki, burada yaşayıram. Kimdənsə də şikayətim olanda bunu açıq deyirəm. Həmin xəbər haqda mənə deyəndə çox təəcübləndim. Mövsüm Aslanovu uzun illərdir ki, tanıyıram, dostluğumuz var. Belə cılız addımlarla bizim münasibətə kölgə salmaq olmaz. Bir daha deyirəm ki, Azərbaycan mətbuatında bəzi saytların bu cür qeyri-peşəkar və cılız hərəkətləri məni çox üzür. Biz çalışmalıyıq ki, Azərbaycan həqiqətlərini dünyaya tanıdaq, kiminsə kişi yaraşmayan bu sifarişli yazılarını dərc etməyək”

Çerniqov Diasporasının sədri Tofiq Zeynalov da xəbərin yalan olduğunu və heç bir sənədə imza atmadığını deyib: “Mövsüm işinin peşəkarıdır. Ondan biz nəyə görə şikayət etməliyik? O uzun illərdi ki, Ukraynada çalışır və tədbirləri işıqlandırır. Mən çox təəsüflənirəm ki, kimlərsə mənim adımdan istifadə edir, sadəcə olaraq deyirəm ki, ayıbdır”

Xerson Diaspora sədri Əlimərdan Kərimov da digərləri kimi yazının sifarişli olduğunu deyib: “Bunu kim edib bilmirəm. O yazıyla tanışam və mən heç kimə şikayət yazmamışam. Yazıda sadalananların doğru və yanlış olmasından söhbət getmir, bunu müzakirə edə bilərik. Əsas məsələ odur ki, kimsə biz ziyalıların adından istifadə edir və bu yolverilməzdir. Bir daha sizin vasitənizlə deyirəm ki, bunlar yalandır və mənim adım oradan təcili silinməlidir”.

Yazıda adıçəkilən digər ziyalılar: Hacı Şakir Yəhyayev, Arif Quliyev, Ələddin Məhərrəmov da məsələdən xəbərsiz olduğunu bildiriblər.

Qeyd edək ki, yazılı mətbuatda Ukraynada baş verənlərlə bağlı tez-tez yazılar yayımlanır. Bu yazıların sifarişli olduğu və kiminsə maraqlarını güddüyü haqda xəbərlər var.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın