Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Ukraynada həlak olan azərbaycanlı dəfn edildi – FOTO

Ukraynada həlak olan azərbaycanlı dəfn edildi – FOTO

Ukraynanın Mariupol şəhərində həlak olan Samux rayonun sakini İlqar Məmmədov dəfn edilib.

Dəfn mərasimində kənd sakinləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

İlqar Məmmədov Sərkar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İlqar Məmmədov martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa təxliyə edən zaman əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb.

O elə hadisə yerində dünyasını dəyişib. Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən olunub və nəşi çıxarılaraq Azərbaycana gətirilib. 

oxu.az

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …