Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı – VİDEO

Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı – VİDEO

Ukraynada Azərbaycan vətəndaşı əsir götürülüb.

Bu barədə Ukrayana teleqam kanalları məlumat yayıb.

Həmin şəxsin Haqverdiyev Əziz Bədirxan oğlu olduğu bildirilir.

Baku TV saxlanılan şəxsin videoda səsləndirdiyi ünvanda olub, onun ailəsindən hadisənin təfərrüatını öyrənməyə çalışıb.

Əzizin atası Bədirxan Haqverdiyev bildirib ki, oğlu təhsillə əlaqədar Ukraynaya getmişdi: “Dövlət imtahanını verib, diplomunu alıb qayıtmalı idi. Getdi orada da ilişib qaldı. Ayın 15-nə kimi əlaqəmiz var idi. Hətta biletini də almışdım. Dedim ki, Ukraynada vəziyyət qarışacaq, vaxtında oradan çıx”.

Anası Ülkər Quliyeva isə oğlu ilə sonuncu dəfə ayın 21-də danışdığını bildirib:

“Pul göndərdik, zəng elədi ki, pulu aldım. Dedi, xəbər edəcəm, biletimi alın gəlim”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …