Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Ukrayna telekanalı Xocalı ilə bağlı süjet yayımlayıb – VİDEO

Ukrayna telekanalı Xocalı ilə bağlı süjet yayımlayıb – VİDEO

Ukraynanın tanınmış 1+1 telekanalı Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı geniş süjet yayımlayıb. Telekanalın jurnalisti Bakıda olaraq Xocalı soyqırımının şahidlərini danışdırıb.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.

Sujetdə qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Azərbaycanın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 

Ukraynalı jurnalist vurğulayıb ki, Xocalıda azərbaycanlılara qarşı törədilən kütləvi qırğına görə, hər ilin fevralın 26-sı Xocalı soyqırımı kimi qeyd olunur. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib. 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …