Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / UĞURLARI İLƏ HAMINI TƏƏCCÜBLƏNDİRƏN GƏNC AXUNDZADƏ KİÇİK KABİNETƏ NECƏ SIĞDI? – FOTO

UĞURLARI İLƏ HAMINI TƏƏCCÜBLƏNDİRƏN GƏNC AXUNDZADƏ KİÇİK KABİNETƏ NECƏ SIĞDI? – FOTO

Siyasətlə məşğul olmaq üçün insandan bir çox vacib parametrlərə cavab vermək tələb edilir. Politologiya elmində bunun dəqiq və əhatəli təsviri verildiyi səbəbindən həmin incəlikləri sadalamaqla oxucuları yormaq istəmirik. Ancaq siyasətdə şans deyilən bir məfhum da var ki, o da hər adama qismət olmur. Şansa aid bir çox misallar çəkə bilərik.

Onda məlum olar ki, elə bir fövqəlqabiliyyətə malik olmayan biri məhz vaxtilə kiminləsə eyni  məktəbdə oxumağı,  qonşu olduğu və başqa kiçik səbəblərdən başgicəlləndirə biləcək karyera qura bilir. Ancaq  bu, o demək deyil ki, bəxti gətirənlər kateqoriyasına aid edilənlər taleyin onlara qismət etdiyi uğuru sona qədər saxlamağı bacarır.  Bir neçə cümləlik bu xatırlamanı təsadüfən etmədik. Bugünlərdə Səbail rayon İcra Hakimiyyətinə reallaşan bir təyinat diqqətimizi cəlb etdi.

Məlum oldu ki, bir vaxtlar hamının həsrətlə baxdığı, gənc yaşlarında hakimiyyətin ən qüdrətli məmurlarına yaxınlaşa bilən, onların etimadını qazanmağı bacaran sabiq millət vəkili Anar Axundzadə həmin rayonun icra hakimiyyətinə şöbə müdiri vəzifəsinə təyinat alıb. 2005-ci ildə deputatlıq müddəti bitikdən sonra, Axundzadənin yenidən mandat qazanmaq və hansısa yüksək posta təyinat almaq istiqamətindəki  çabalamaları heç bir fayda vermədi. Yəqin məhz bu səbəbdəndir ki, bir vaxtların ən şanslı personalarından sayılan Axundzadə Eldar Əzizov tərəfindən ona təklif edilən bu fəzifəni belə sevinclə qarşılamalı olub. Bəli, siyasətin belə amansız tərəfləri də olur.

 

anar1

Sonra isə diqqətimizi  Anar Axundzadənin yeni kabinetindən paylaşdığı fotosu cəlb etdi. Eldar Əzizovun ona göstərdiyi yer çox sadəliyi və darısqallığı ilə seçilir. Ancaq taleyin acı ironiyası ilə barışmağı bacaran Anar müəllim həmin kabinetə özünü yerləşdirə bilməklə yanaşı, həm də, bundan sonra işləyəcək kabinetinin fotosunu öz profil şəkilinə belə əlavə etməyi  unutmamışdı. Siyasətdə bəzən gözlənilməz hadisələrdə baş verə bilir. Yəqin gənc siyasətçi dahi sərkərdə Napaleonun adaya sürgün edilməsindən sonra, ordan qaçmağı bacarması və yenidən hakimiyyətə gəlməsini və buna bənzər bəzi məlumatları oxuyub. Çox güman ki, belə məlumatlara malik olması ondakı özünəinamı bu səviyyəyə çatdırıb. Bəli, Anar bəy, siyasətdə inamlı və əzimkar olmaq  gözəl  xüsusiyyət sayılır. Sizə uğurlar!!!

anar2

Azinforum.az olaraq qeyd edirik ki, Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990-1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib.

1996-1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997-2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib (2000-2005).

anar3

Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000-2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr muavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.

2000-ci ildə Azərbaycan Respublikasi Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında İnvestisiya proseslərinin dövlət tənzimlənməsi ixtisasi üzrə ixtisasartırma vəsiqəsini alıb. 1998-ci il Dünya Gənclərinin Beynəlxalq Festivalının iştirakşısı olub.

1992-ci ildən yani yaranan gundən Yeni Azərbaycan Partiyasinin uzvüdür. YAP Naxçıvan Gənclər Təşkilatının sədri (1995-2000). 1999-cu il YAP birinci Qurultayinda YAP Siyasi Şurasının üzvü seçilib. Azərbaycan Respublikasının prezident, Milli Məslis, Bəladiyyə seckilərində Yeni Azərbaycan Partiyasi tərəfindən Azərbaycan Respublikasi üzrə səlahiyyətli nümayəndə olub. Hazırda Yeni Azərbaycan Partiyasının üzvi kimi siyasi fəaliyyətini davam etdirir.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın