Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb

Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb

Yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olub.

Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövr ərzində Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qeydə alınıb. 

Belə ki, yanvarda ölkə vətəndaşlarının yalnız 10,2 faizi Türkiyəyə gedib. Bu da ötən illə müqayisədə 2,6 faiz azdır. 

Türkiyədən fərqli olaraq, ay ərzində İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2 faiz, Rusiyaya gedənlərin sayı 6,5 faiz, Gürcüstana gedənlərin sayı isə 2,5 faiz artıb. 

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …