Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Türkiyənin Quru qoşunları Hərbi Məktəbinin azərbaycanlı şəhid məzunları

Türkiyənin Quru qoşunları Hərbi Məktəbinin azərbaycanlı şəhid məzunları

Türkiyənin Milli Müdafiə Universitetinin Quru qoşunları Hərbi Məktəbi (Kara Harp Okulu) öz saytında Qarabağın işğaldan azad edilməsi uğrunda şəhid olan azərbaycanlı məzunları ilə bağlı anma mesajı paylaşıb.

Mesajda bildirilir ki, Azərbaycan ordusunun qazandığı bu Zəfərdə payı olan və şəhid olmuş zabitlər arasında Quru qoşunları Hərbi Məktəbinin üç məzunu da var. “Kara Harp Okulunu 1997-ci ildə bitirmiş polkovnik Babək Səmidli noyabrın 23-də, 2004-cü ildə məzun olmuş topçu mayır Fərid Ələkbərov noyabrın 8-də, 2014-cü ildə məzun olmuş kapitan Samir Mikayıllı noyabrın 9-da Qarabağın işğaldan azad edilməsi əməliyyatı zamanı şəhid olublar”,-mesajda bildirilir. Və həmin zabitlərin fotoları təqdim olunur…

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …