Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Türkiyədəki iş adamları Xocalıda bağça tikdirir

Türkiyədəki iş adamları Xocalıda bağça tikdirir

Xəbər verildiyi kimi, Türkiyədə yaşayan erməni iş adamları Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan uşaq bağçasının tikintisini maliyələşdirirlər.

Xocalıda bağça tikdirən iş adamlarının Davidcyan, Ekserdcyan və Qriqor Şəmşiroğlu olduğu qeyd edilir.

Hazırda Türkiyədə yaşayan Aqil Səmədbəyli bununla bağlı Türkiyə Sanayeçilər və İş adamları Birliyinin sədri Nihat Tanrıqulu ilə görüşüb və TUSİAD sədrinə məsələnin araşdırılması üçün müraciət edib.

Aqil Səmədbəyli görüşlə bağlı bildirib ki, Nihat Tanrıqulu məsələni araşdıracağını və adları hallanan erməni iş adamlarına xəbərdarlıq ediləcəyini bildirib. Bundan əlavə, Türkiyə qanunları çərçivəsində adları qeyd olunan iş adamlarının cəzalandırılması üçün müəyyən addımlar da atılacaq.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …