Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Türkiyədə zəlzələ zamanı “Yardım et, Yardım al” programını yaradanlardan biri azərbaycanlı tələbədir

Türkiyədə zəlzələ zamanı “Yardım et, Yardım al” programını yaradanlardan biri azərbaycanlı tələbədir

Bir neçə il önçə intellektual səviyyəsinə görə, dünyanın ən tanınmış univeristetlərin marağına səbəb olan və Massachusetts Boston unveristetinə dəvət alan gənc Yasin Uğur.

Yasinin seçimi Qardaş Türkiyədə Sabancı Unveristeti oldu. 100/100 burslu. Hazırda univeristet sıralamasında ən yaxşı nəticə göstərən (xarici tələbələr üzrə) 10 tələbədən biridir. İnşAllah bu il məzun olur. Eyni zamanda oxuduğu univeristetdə tələbələrə təhsil verir. Bundan əlavə çox böyük əhəmiyyətə malik olan layihələrə rəhbərlik edir. Hazırda süni intellekt mürəkkəb texnoloji və proqram həllərinin öyrənilməsi və tətbiq edilməsində fəal iştirak edir.

Türkiyədə zəlzələ zamanı “Yardım et, Yardım al” programının yaradılmasında yaxından iştirak etmiş və zərər çəkənlərə əvəzsiz dəstək olmuşdur.

Dəyərli hocaları Yasini diqqətlə izləyir və onun gələcək uğurlarına əminliklə inanırlar. Əsil tələbə həyatı, yuxusuz gecələr, oxuma hırsı, alın təri və səbir.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …