Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Türkiyədə Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq (FOTO)

Türkiyədə Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq (FOTO)

Vətən müharibəsində şəhid olmuş Məmmədağa Səfərovun adı Türkiyənin Balıkesir şəhərində yeni açılacaq orta məktəblərdən birinə verilərək əbədiləşdiriləcək.
Bunu Balıkesir valisi Hasan Şıldak Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşündə bildirib.
Qeyd edək ki, Məmmədağa Səfərov Balıkesir Universitetinin Mühəndislik fakültəsində oxuyarkən təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanıb.
O, ötən il oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …