Ana səhifə / Cəmiyyət / Türkiyə Suriyaya deyil, ABŞ-a girdi – Perinçek

Türkiyə Suriyaya deyil, ABŞ-a girdi – Perinçek

Türkiyə Suriyaya deyil, ABŞ-a girdi.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek “Fərat qalxanı” əməliyyatı ilə bağlı açıqlama verərkən deyib.

“Türk tankına ABŞ raketi atıldı. O raketin tətiyini çəkəcək qabiliyyət PYD-də yoxdur. Varsa belə, onu amerikalılar öyrədir. Qarşımızda ABŞ var. Vaşinqton terrorçuları bizə qarşı istifadə edir. Türkiyə ABŞ kimi Vyetnama girmədi. Vyetnam hazırki Suriyadır. Türkiyə ABŞ-a qarşı Vyetnama yardım edir”, – Perinçek bildirib.

Partiya sədri onu da əlavə edib ki, ABŞ-ın strategiyası Türkiyənin milli hədəfi ilə uyğun gəlmir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın