Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Türkiyə polisi azərbaycanlı gəlini axtarır – Toy etdi, 10 illik evli çıxdı (VİDEO)

Türkiyə polisi azərbaycanlı gəlini axtarır – Toy etdi, 10 illik evli çıxdı (VİDEO)

Sivas əyalətində 32 yaşlı İsmail Doğan iki ay əvvəl evləndiyi azərbaycanlı G.T adlı qadın onu tərk etdikdən sonra polisə baş vurub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, kişi polis bölməsində dini nikahla evləndiyi həyat yoldaşının 10 illik evli olduğunu öyrənib.
Belə ki, Sivasda yaşayan 32 yaşlı İsmail Doğan qohum-əqrəbasının tövsiyyəsi ilə Kocaelidə yaşayan 26 yaşlı Azərbaycan əsilli G. T. ilə evlənib. O bu evliliyin baş tutması üçün 3 bin TL (təxm:1500 manat) başlıq pulu ödəyərək iki ay öncə dini nikahla evlənib. İ.Doğan iddia edir ki, evləndikləri gündən sonra G.T. davamlı olaraq müxtəlif səbəblərlə ondan pul tələb edib. Doğan rəsmi nikaha girmək istəsə də qadın xəstələndiyini bəhanə edərək evdən gedib.
İ.Doğan 60 bin TL (təxm:30 min manat) zərərə uğradığını iddia edir. Bu səbəbdən o məhkəməyə baş vurub.
O evlilikləri ilə bağlı bu fikirləri səsləndirib:
“Evləndikdən sonra hər gün müxtəlif bəhanələrlə pul istədi. Öncə başlıq pulu verdik. Sonra süd pulu, ardınca konsolosluğa 5 bin TL (təxm:2500 manat) ödədim. Onun pul tələbi bitmək bilmirdi. Bu vəziyyətdən şübhələndiyim zman rəsmi nikaha girmək istədiyimi bildirdim. Xəstələndiyini söylədi. Depresiyaya girdiğini iddia etdiyi zaman isə müalicə almağa başladı. Kaçacağını düşünündüyü zaman polis mərkəzinə gedərək yardım istədim. Burada 10 illik evli olduğunu öyrəndik. Hazırda əvvəlki qaldığı Karamürsel mahalına geri qayıdıb. Məəhkəməyə baş vurmuşam. Mənim başıma gəldi, başqasının başına gəlməsin”.
İsmail Doğan toy günü gəlin avtomnobilinin üstünə “Türkiyədə yox idi, Azərbaycandan aldım” yazdırmışdı.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …