Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Türkiyə nə qədər güclü olsa, Azərbaycanın gücü bir o qədər artacaq” – İlham Əliyev

“Türkiyə nə qədər güclü olsa, Azərbaycanın gücü bir o qədər artacaq” – İlham Əliyev

“Çox şadam ki, parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana edirsiniz. Bir daha seçkilərdə qələbə münasibəti ilə sizi Azərbaycan xalqı adından təbrik edirik”.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, bu səfər iki qardaş ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir: “Türkiyənin G-20 sammitinə Azərbaycanı dəvət etdiyi üçün sizə minnətdaram. Türkiyə və Azərbaycan ictimaiyyəti, habelə dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Bizi birləşdirən ortaq mədəniyyətimiz, etnik köklərimiz, dilimizdir. İki dövlət bir-biri ilə sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Daim bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. İstəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. İstəyirik ki, bölgədə sülh olsun, xalqlar, insanlar həyatlarını rahat qursunlar, heç kim bir-birinin daxili işlərinə qarışmasın. Türkiyə və Azərbaycanın siyasəti bölgədə sabitləşdirici rol oynayır”.

Prezident İlham Əliyev bildirib ki, Türkiyə nə qədər güclü olsa, Azərbaycanın gücü bir o qədər artacaq.

Dövlət başçısı onu da deyib ki, dünyada və Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan ciddi faktor kimi mövcuddur: “Dünyada Türkiyənin artan rolu bizi sevindirir və gücləndirir. Biz dost, qardaşıq və bundan sonra da bir-birimizi dəstəkləyəcəyik”.

Prezident İ. Əliyev deyib ki, Ə. Davudoğlu Türkiyədə parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana edib: “Bu, Türkiyə-Azərbaycan münasibətlərini, qardaşlığını göstərir. Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Səfərə geniş nümayəndə heyəti gəlib, ikitərəfli görüşlər keçiriləcək. Bütün sahələrdə əlaqələr inkişaf edir və bu səfər də əlaqələrin inkişafında mühüm rol oynayacaq”. 

Ə. Davudoğlu isə bildirib ki, hələ İstanbula, anadan olduğu yerə getməyib, Azərbaycana gəlib: “Azərbaycan “Can Azərbaycandır”, bizim canımızdır. Yeni hökumət üzvlərini də sizə təqdim edəcəm. Əlaqələrimiz genişdir, dünyada heç bir dövlət Türkiyə və Azərbaycan qədər yaxın deyil. Sizi də seçkilərdəki uğurlarınız münasibəti ilə təbrik edirəm”. 

Daha sonra görüş qapalı davam edib.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın