Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Türkiyə Azərbaycanda 20-dən çox elmi laboratoriya quracaq

Türkiyə Azərbaycanda 20-dən çox elmi laboratoriya quracaq

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) Azərbaycanda bəzi layihələr həyata keçirəcək.

Bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.

İlkin mərhələdə TÜBİTAK-ın Milli Metrologiya İnstitutu tərəfindən Azərbaycan Metrologiya İnstitutunda ümumilikdə 27 laboratoriyanın qurulması planlaşdırılır. Laboratoriyaların qurulması 2021-2022-ci illər ərzində gözlənilir:

“TÜBİTAK Azərbaycan və eləcə də türkdilli ölkələrdə fəaliyyətinin genişləndirilməsində maraqlıdır”.

Qeyd edək ki, 1963-cü ildən fəaliyyət göstərən TÜBİTAK dünyanın aparıcı təşkilatları və universitetləri ilə birgə mütəmadi layihələr icra edir.

Təşkilat elmi sahədə araşdırmalar həyata keçirir və araşdırmalar ölkəni prioritetlərə görə inkişaf etdirmək, mövcud elmi və texniki məlumatlara yiyələnmək məqsədi daşıyır.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …