Ana səhifə / Cəmiyyət / “Türk xalqları dar gündə bir-birinin yanında durmalıdır” – QMİ sədri

“Türk xalqları dar gündə bir-birinin yanında durmalıdır” – QMİ sədri

Qardaş Türkiyədə dəhşətli zəlzələdə 55 min insan həyatını itirib. Bu, bir imtahandır. Türk xalqları dar gündə bir-birinin yanında durmalıdır”.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, türk dövlətlərinin rəhbərləri bir birilərinə arxa olaraq bu çətinlikləri aradan qaldıracaq.

“Bir daha Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah dövlətimizi, dövlətçiliyimizi, dövlət rəhbərimizi qorusun. Sərhəddə duran bütün əsgərlərimizi Allah qorusun. Allah bir daha bizə müharibə göstərməsin”-, A. Paşazadə vurğulayıb.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …