Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Turan İbrahimovdan Şuşada ağlayan Zaura atmaca – “Oranı azad edən oğlanlar, görəsən, nə düşünür?”

Turan İbrahimovdan Şuşada ağlayan Zaura atmaca – “Oranı azad edən oğlanlar, görəsən, nə düşünür?”

“Şuşanı azad edən oğlanlar, görəsən, baş verənlərə baxıb nə düşünürlər?”

Bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov şəxsi “Facebook” səhifəsində yazıb:
“Qayalardan, dar cığırlardan min bir əziyyətlə dırmanıb dişiylə-dırnağıyla, qanıyla-canıyla möcüzəvi bir şəkildə Şuşanı azad edən oğlanlardan sağ qalanlar, görəsən baş verənlərə baxıb nə düşünürlər?! Heç yerə yozmayın. Sadəcə səsli düşündüm…”

Qeyd edək ki, ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri baş tutub. Onlar arasında Zaur Baxşəliyev də olub.

Şuşadan və Gövhər Ağa məscidindən kadrlar paylaşan aparıcı hər kəsi kövrəldib. Şuşaya daxil olarkən göz yaşlarına hakim ola bilməyib.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …