Ana səhifə / Cəmiyyət / Tuğda “Bu ev tutulub” elanının üzərinə imza qoyan şəxs bilindi

Tuğda “Bu ev tutulub” elanının üzərinə imza qoyan şəxs bilindi

Xocavənd rayonunun Tuğ kəndində boş qalmış erməni tikilisinə vurulmuş “Bu ev tutulub” elanının üstünə “Qoşa göyərçin otel” yazan şəxs məlum olub. Daha doğrusu, o adam özünü ələ verib. Həmin şəxs bu, şəkildə gördüyünüz qadındır.

O, İnstaqram hesabında həmin ev-kottecdə olduğunu, evin taxta qapısına və “Bu ev tutulub” elanının üstünə “Qoşa göyərçin otel” qeydi yazdığını etiraf edib. Soyadı İbrahimova olan şəxs “tutulmuş ev”dən reportaj hazırlayan jurnalistləri qınamağı və aşağılamağı unutmayaraq yazıb: “Ucuzsunuz, hətta “Oba market”dən də ucuz. Bir zarafatı xəbər yazacaq qədər də işsizsiniz. Bu tablonu əsgərlər zarafat üçün yapışdırmışdı. Mən də öz İnstagram səhifəmin adını yazdım üstünə, hətta taxta qapısına da yazdım ki, Qoşa göyərçin otel”.

2b72f54e-ee91-4589-9059-71c971d844d2.jpg (62 KB)

Daha sonra zarafatcıl xanım başqa platformada bir az əvvəl yazdıqlarına əlavə izahat verib: “Bu, yazını heç bir məmur yazmayıb. Mən o yalançı xəbərdə rəy yazdım, baxdım, siz də paylaşmısınız, ona görə sizə də yazdım.

O tablonu əsgərlər zarafatca vurmuşdu, mən də İnstagram səhifəmin adını yazdım üstünə.

Hətta taxta qapısına yazdım ki, “Qoşa göyərçin otel”.

33.jpg (61 KB)

Bunlar da düzüb-qoşub, yalan xəbər uydurub, yazıblar” (Sitatdakı qrammatik qüsurlar tərəfimizdən düzəldilib).
Əməkdaşlarımız yüngülvari araşdırma edərək, Tuğda zarafatla ev tutaraq “Qoşa göyərçin” oteli açan xanımın həmin evdəki şəklini də tapıblar.

O da budur. Belə anlaşılır ki, xanım İbrahimova Tuğda xidməti vəzifəsini yerinə yetirirmiş.

33ea10ee-8b8d-4fff-bb9f-c9dfdb862b1d.jpg (77 KB)
İndi söz oxucuların və əlaqədar orqanlarındır. Qoy onlar müəyyən etsinlər ki, bu hərəkət nə dərəcədə zarafata yozula bilər? Adama deyərlər, səni oraya asayişi qorumaq üçün göndəriblər, yoxsa zarafat etməyə? Hələ “zarafatla” yazılmış qanunsuz elanı qoparmalı olduğunu kənara qoyaq. Daha pisi, bu xanım ayıbına kor olmaqdansa, zeytun yağı kimi üstə çıxmağa, media təmsilçilərinə ağıl öyrətməyə çalışır.

12.jpg (52 KB)

Qoy heç kəs 300-400 kilometr yol basa-basa gedib işğaldan azad olunmuş kəndlərdən reportaj hazırlayan jurnalistləri bu sayaq təhqir və ittiham etməsin. Onlar nə işsiz-gücsüzdürlər, nə də özlərindən xəbər uydururlar. Bəziləri isə canını-qanını qoyub torpaq alanların əməyini ucuzlaşdırır.

P.S. “Oba market”dəki ucuzluq isə başqa söhbətdir, yəqin ki, xalqımız ondan narazı deyil. Bahalı marketlərdən bazarlıq etməyə alışanlar nahaq yerə “Oba”ya lağ edir.

Sözügedən videonun linki: https://musavat.com/news/tugda-bu-bina-tutulub-elanini-kottece-kim-yapisdirib_780141.html

Musavat.com

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …