Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər — AÇIQLAMA

Toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər — AÇIQLAMA

Karantin rejiminə görə ölkə üzrə toy mərasimlərinin keçirilməsinə sentyabrın 30-na kimi qadağa qoyulub. Amma koronavirus pandemiyasına görə Azərbaycanda 7 aya yaxındır ki, toy, yas və digər kütləvi mərasimlər keçirilmir.


Bir çox mütəxəssislər payızın sonunda koronavirus pandemiyasının bitəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Həmin vaxt toyların keçirilməsinə icazə veriləcəkmi?


Bununla bağlı Konkret.az-a danışan Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bilidirib ki, koronavirus pandemiyası 3-4 il davam edə bilər:


“İnsan həyatı toydan daha dəyərlidir. İnsanlarımız toy və yas mərasimlərini bir müddət unutsunlar. Bu barədə danışmağa dəyməz, çünki toyların keçirilməsinə icazə verilməyəcək. Vətəndaşlarımız toylara gələn insanların sayının azalması ilə razı olmayacaq.


Bəziləri üçün toy sevənləri birləşdirmək deyil, bir növ lotereya oyunudur. Pul dağıtmışam, indi isə yığıram. Karantin rejimi ailə qurmağa mane olmur.

Ailə həyatı gənclərimizə lazımdır. Bir-birilərini sevənlər nikaha daxil olsunlar və gedib yaşasınlar. Buna heç kim əngəl ola bilməz.

Əsas söz-söhbət toyun ətrafındadır. Gəlin hər şeyin adını düzgün qoyaq. Pul məsələsi olduğu üçün vətəndaşlarımız 30-40 nəfərlə toy keçirilməsinə razılıq verməyəcək”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …