Ana səhifə / Cəmiyyət / “Toydan sonra bəylə gəlin canavar kimi ulayırdı” – “Cin çıxaran” oğlan

“Toydan sonra bəylə gəlin canavar kimi ulayırdı” – “Cin çıxaran” oğlan

Şabranda 25 yaşlı oğlanın “cin çıxartmaq” adı ilə bir qrup şəxs tərəfindən döyülərək öldürülməsi geniş müzakirələrə səbəb olub. Belə ki, dini kəsim cinin insan bədəninə girməsinin mümkün olduğu düşünür. Elmə əsaslanan insanlar isə ümumiyyətlə cin anlayışını qəbul etmirlər. Tərəflər arasında gedən müzakirələr bu məsələni yenidən aktuallaşdırıb.
Doğrudur, indiyədək cinin varlığı real faktlara əsaslanaraq sübut olunmayıb. Sadəcə bu anlayış insanlar arasında dildən-dilə gəzərək formalaşıb. Bütün bunlara baxmayaraq, ölkəmizdə xeyli sayda insan var ki, məhz bu işlə – “cin çıxartmaq”la məşğul olur. Təəccüblü görünsə də, onların “xidmət”lərindən istifadə edənlər də az deyil.

Özünü ekstrasens kimi təqdim edən Fərid Zamanlı iddia edir ki, cin var və hətta o, insan bədəninə girən cini çıxartmağı bacarır. Müsahibimiz dəfələrlə efirlərə dəvət olunaraq, kifayət qədər populyarlıq qazana bilib. Dediyinə görə, onu “cin çıxartmaq” üçün başqa ölkələrə də dəvət edirlər.

– Sizcə, cin həqiqətən varmı? 

– Bəli, cin var. Cinin olması qədim dövrlərdən bəllidir. Nənə-babalarımız deyərdilər ki, filan qız hamam girəndə onu cin vurdu, ilan insana vurulub onu sevdi və s. Nağıllarımız və rəvayətlərimizdə göstərilir ki, cini tutub işlədiblər, ata bağlayıblar. Ümumiyyətlə, cinin olmasını Quran da təsdiq edir.

– Əminsiniz ki, cin insanın bədəninə girə bilər? 

– Bəli. Mən bunu təsdiq etmişəm, bu gün də edirəm. Mən dəfələrlə cin çıxartma prosesində iştirak etmişəm. Yadınıza gəlirsə, İmişli rayonunda bəy və gəlin toyun səhərisi günü canavar kimi ulayırdılar. Onların bədənindən cinin çıxardılmasında yardımçı olmuşam. Dəfələrlə belə hadisədə rolum olub və uğurla nəticələnib. Çox çətin şeydir. Sizə elə gəlməsin ki, mən cini insan bədənindən asanlıqla çıxarıram. Bu, mənim özüm üçün də çox təhlükəlidir. Çünki həmin seansdan sonra ölümdən qayıdıram. Allah şahidimdir ki, burada heç bir yalan, qaranlıq olan fikir yoxdur. İmişlidə, Beyləqanda, Şəmkirdə, Gəncədə cin çıxartmışam. Televiziya verilişlərində də göstəriblər. Cinin bədənə girməsi əzəldən olub, olacaq da. Mən Dubayda, Moskvada, Gürcüstanda, Türkiyədə də bu cür proseslərdə iştirak etmişəm.

Cin nəyə görə insan bədəninə girir? Ümumiyyətlə, hansı insanlara cin girə bilər, onları necə seçir? 

– İndiki zamanda cin deyəndə insanların ağlına başqa bir şey gəlir. Bu, cadularla, pisliklə olan bir şeydir. Hər iki insandan biri digərinə pislik edib, ona əməl, cadu etdirir. Nəticədə cadu olunanın bədəninə cin daxil olur. Həmin insan fərqli hərəkətlər, davranışlar etmyə başlayır. Ağırlaşır, pisləşir. Bunu edənlər də insanın öz ətrafındakı yaxınları olur. Cin girmədən əziyyət çəkənlər isə xilası intiharda görürlər.

– Təcrübələrinizdən danışa bilərsinizmi? Cini çıxartdığınız insaların sonrakı taleyi necə olur? 

– Bu yaxınlarda yanıma bir qız gəlmişdi. Deyirdi ki, cinlər onun saçını hörür, qızı məcbur edirlər ki, saçını kəssin. Nə mən, nə də ki həkimlər ona kömək edə bildik. Həmin qızı yanıma həkim göndərmişdi. Sonda o, dayana bilməyib özünü atdı.

Bir dəfə də başqa qız gəldi ki, bəs onun qarnınnda ilan var. Ona heç kim inanmırdı. Həkim, ziyarət, ocaq qalmamışdı ki, getməsin. Ona cadu olunmuşdu. Və bu cadunu da kimsə aça bilmirdi. Cadunun təsiri ilə fikirləşirdi ki, ilan onun qarnındadır. Hər insana cin bir cür daxil olur və bu yolla işgəncə verir. Bir həkimlə danışdım. Ona dedim ki, siz qızı aldadın, ona narkoz verin, qarnını bir az çərtin, guya əməliyyat olunub və ilan qarnından çıxardılıb. Butulkaya da hansısa bir su ilanını salın ki, aldansın. Bu cür etdilər, qız onunla sağaldı. Üstündən 7 ay keçəndən sonra həkim ona demişdi ki, sizi əmliyyat etməmişik və ilan da çıxartmamışıq. Qızın ürəyi partlayıb ölmüşdü. Bu dünyada hər şey – cin çıxartma, baxıcılıq var. Allah hərəyə bir cür istedad verir. Ancaq baxır insan istedadını yaxşı, yoxsa pis istiqamətdə istifadə edir. Cini insanın bədəninə salanlar elə insanlar. O, insana elə belə girmir. Hansısa bir əməlin qarşılığında girir.

– Bəs, cini necə çıxarırsınız? 

– Bütün üsullarımı deyə bilmərəm. Ancaq birini açacağam. Məsələn, kəfənlə işləyirəm. Bədəninə cin girmiş insanı kəfəndən keçirirəm. Özümə məxsus şeylər var ki, onlardan istifadə edirəm. Bircə saat içində həmin adamı təhvil verirəm. Mənim üsulum çox çəkmir. Özü də elə adamları qəbul edirəm ki, cin vurmaları 6 ayı keçməsin. 6 ayı keçdisə, onu xilas etmək mümkün deyil, artıq sümüklərinə keçib.

– Şabranda “cin çıxartma” adı ilə bir oğlanı döyüb öldürülbər. Sizcə, insanı döyməklə cini çıxarmaq olar? 

– Qətiyyən zorakılıq etməklə çin çıxartmaq olmaz. Onsuz da həmin şəxs iç dünyasında əziyyət çəkir. Zorakılıq isə onu uçuruma aparır. Belə mümkün olan şey deyil. Ona vəhşicəsinə işgəncə verlilib. Şüurlu insan bu dərəcəyə gətirib çıxara bilməz. Bəlkə də onlar həmin oğlanı dəli ediblər, o qədər “sənin cinin var” deyiblər ki, cini onun içinə salıblar. Kimə desən, içində cin var, özünü narahat hiss edəcək. Onların etdiklərinin cin çıxartmaya aidiyyatı yoxdur.

– Cinləri görmüsünüzmü? Nəyə bənzəyirlər? 

– Cinlər müxtəlif cür ola bilərlər. Hər insanda fərqli görsənirlər. Kiməsə deyirlər ki, sənin əzizini öldürəcəyik. Həmin insan vahimələnir. Kiminsə gözünə əcayib heyvan və ya ölmüş bir insanın cildində gəlirlər. Siz onları gözünüzlə görə bilməzsiniz. Onu yaşayan bilir ki, həyatında nələr baş verir. Deyir ki, burada cin var, hamı ona dəli kimi baxır. Amma gördüyün deyir. (Azvision.az )

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …