Ana səhifə / Cəmiyyət / Toy qalmaqalından sonra Mehdiyevin kürəkəni ilk dəfə görüntüləndi – FOTO

Toy qalmaqalından sonra Mehdiyevin kürəkəni ilk dəfə görüntüləndi – FOTO

Eks-deputat, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev uzun müddət sonra ilk dəfə görüntülənib.
Qafqazinfo xəbər verir ki, o, Bakının məşhur otellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı “Rolls Royce” avtomobilini idarə edib.
Qeyd edək ki, İlham Əliyevin sürdüyü 10 YY 040 dövlət qeydiyyat nişanlı avtomobil “Kaspian Telekom” MMC-yə məxsusdur. Bu şirkətin qanunu təmsilçisi Orxan Əliyevdir. O. Əliyev isə İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğludur.

Xatırladaq ki, keçmiş deputat İlham Əliyev 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi.

Toy qalmaqalından sonra Mehdiyevin kürəkəni ilk dəfə görüntüləndi -  FOTO

Həmçinin oxuyun

Kamran Əliyev təqaüdə göndərildi, bəs 73 yaşlı Ramiz Zeynalov?

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə gedib-getməməsi məsələsi çoxdan …