Ana səhifə / Cəmiyyət / Tovuzda gəlin öz toyunda bəyə qoşulub qaçıb

Tovuzda gəlin öz toyunda bəyə qoşulub qaçıb

Bu günlərdə Tovuzda bəyin gəlini öz toyu günü qaçırdığı barədə yazmışdıq. Bu barədə jurnalist Sevinc İltifatqızı öz “Facebook” səhifəsində yazmışdı.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün isə jurnalist baş tutan qəribə toyun ikinci hissəsi barədə yazıb. O, qeyd edib ki, toydan qaçmağı, sən demə gəlin özü planlaşdırıbmış: “Nəticədə qız evi ilə oğlan evi küsüşüb. Və qız evi dünən oğlan evində baş tutan toy mərasiminə gəlməyib. Qızın atası deyib ki, “bizim o adda qızımız yoxdur””.

Jurnalistin yazdığına görə, oğlan üçün dini toy edilib: “Toy saat 6-da başlayıb və 10-a kimi davam edib. Toyda Gəncədən dəvət edilmiş dini müğənnilər oxuyub və bəyin dindar dostları ortadan çıxmayıb”.

Toyda dini şüarlar da səsləndirilib və dini mahnılar bitən kimi bəy deyib ki, “toy qutardı, gedək evə”.

Qeyd edək ki, dünən verdiyimiz məlumatda Tovuz rayonunda qeyri-adi toy mərasimi baş tutduğunu yazmışdıq. S.İltifatqızının yazdığına görə, oğlan şərt qoyub ki, nə qız, nə də oğlan toyunda spirtli içki olsun. Qız toy günü yemək masasında spirtli ikçi görən bəy gəlini aldatmağa qərar verib.

“Bəy gəlinə deyib ki, “gedək fotosessiya etdirək”. Qız razılaşıb və çölə çıxanda oğlan onu qaçırıb” — deyə jurnalist yazıb.

Gəlinin ailəsi qızın geri qaytarılmasını və cehizlərin geri göndərilməsini tələb edib. Araya ağsaqallar girdikdən sonra məsələ həll edilib. Amma qız evi oğlan evi ilə münasibətə son qoyduqlarını və oğlan toyuna gəlməyəcəklərini bildiriblər.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …