Ana səhifə / Cəmiyyət / TİPİİ yüzlərlə müəllimi aldadıb? – İTTİHAM

TİPİİ yüzlərlə müəllimi aldadıb? – İTTİHAM

Təhsil eksperti Kamran Əsədov Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunu (TİPİİ) müəllimləri aldatmaqda ittiham edib.

Ekspert TİPİİ-nin yüzlərlə müəllimdən 70 manat alıb təlim keçdiyini, ancaq həmin müəllimlərə sertifikat vermədiyini deyib:  

“Deməli, orta məktəbdə Həyat Bilgisi fənnini tədris etmək üçün bu TİPİİ 2020-ci ilin avqust ayında 100 lərlə müəllimdən 70 manat alıb 7-8 gün onlayn təlim keçib. Sonra da həmin iştirakçıları imtahan edib sertifikat verməli idi. Amma pulu alıb yoxa çıxıblar. 
Nə telefonlarına zəng çatır, nədə ünvanlarına məktub. 
Pandemiyanı, karantini bəhanə edib camaatı 8 aydır fırladırlar”.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılıb. İnstitutda 1 mərkəz, 10 şöbə fəaliyyət göstərir. Hazırda institutun 113 əməkdaşı var. Qaynarinfo

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …