Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “TikTok”da himnə qarşı hörmətsizlik edən Ləman üzr istədi

“TikTok”da himnə qarşı hörmətsizlik edən Ləman üzr istədi

Azərbaycan Dövlət Himninə qarşı hörmətsizlik edən “TikTok”erin görüntüləri yayılıb.

“Azinforum.az” xəbər verir ki, Ləman adlı istifadəçi himnin sözlərini təhrif edərək başqa şəxsə qarşı alçaldıcı ifadələr işlədib.

Onun bu davranışı digər istifadəçilər tərəfindən tənqidlə qarşılanıb.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə bağlı bildirib ki, vətəndaş L.V müəyyən edilərək polis orqanına dəvət edilib:

“Onunla profilaktik icraat işi aparılıb. Xanım əməlindən səmimi peşmanlığını ifadə edərək, üzrxahlıq edib, səhifələrindən paylaşımı silib”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …