Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Tikinti biznesinə girən bu məmur camaatın başına oyun açır

Tikinti biznesinə girən bu məmur camaatın başına oyun açır

“Məmləkətdə artıq heç nə təəccüb doğurmur, deməli, XİN kimi vacib orqanın  Dövlət qurumunun Həmkarlar Təşkilatının indiki sədri, nazirliyin Avropa ölkələri ilə iş üzrə bölməsinin yüksək vəzifəli keçmiş məmuru Elxan Azayev tikinti “baronu” imiş. O, çoxsaylı binalar tikib, milyonlarla pul qazanıb, hələ bir “Diplomat 2008” adlı şirkət də qurub (çox “kreativ” adamdır, şirkətin adından bəllidir). Şirkətə “Ağ Şəhərdə” də bina tikməyə yer veriblər”.

Bunu tanınmış iqtisadçı Natiq Cəfərli deyib: “Onu da deyim ki, hər adama orada inşaat aparmağa icazə vermirlər. Şirkət 2014-də həmin binanın tikintisinə başlayıb, hələ də tamamlamayıb, sahiblərinə təslim etməyib, 9 ildir camaata mənzil yox, yalan satmaqla məşğuldur – binanın eyvanlarında işlər tamamlanmayıb, binada abadlıq işləri yekunlaşdırılmayıb, mənzillərin giriş qapıları qoyulmayıb, binanın 3 fazalı elektirik xətti birləşdirilməyib, layihədə olmasına baxmayaraq binaya generator qoyulmayıb, liftlər işlək vəziyyətə gətirilməyib, binaya qaz verilməyib”.

Cəfərli deyir ki, binadan mənzil alan vətəndaşların səsini duyan, problemini həll edən heç bir orqanda hələ ki, yoxdur: ” Belə məsələləri görəndə insanın gələcəyə olan inamı sarsılır. İstənilən ölkədə hüquq-mühafizə, XİN və Məhkəmə sistemi qüsursuz, rüşvətsiz, korrupsiyasız işləyəndə məmləkət, ərazi əsl Dövlətə çevrilir, digər sahələrdə müəyyən qüsur və axsamaları yola vermək olar, amma məhz sadaladığım orqanlar doğru-dürüst işləməyəndə Dövlətin gələcəyinə təhdid yaranır”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …