Ana səhifə / Cəmiyyət / Telman İsmayılovun “Tropikano” biznes-mərkəzinə məhkəmə qadağası

Telman İsmayılovun “Tropikano” biznes-mərkəzinə məhkəmə qadağası

Moskva Arbitraj Məhkəməsi Rusiya reyestr xidmətinə əvvəllər “Tropikano” biznes-klubu” şirkətinə məxsus olmuş bina ilə bağlı hər hansı qeydiyyat işlərinin aparılmasını qadağan edib. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu şirkət Telman İsmayılovun AST şirkətlər qrupuna daxildir.

Bununla da, məhkəmə İsmayılovun şirkətinin müflisləşməsi ilə əlaqədar “Tropikano biznes-klubu” şirkətinin müsabiqə idarəedicisi Yevgeni Pimenovun müvafiq ərizəsini təmin edib. Məhkəmə həmçinin “Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinə sahəsi 6 min kvadrat metrdən artıq olan biznes-mərkəzin binası üzrə istənilən hərəkəti qadağan edib.

Müsabiqə idarəedicisinin nümayəndəsi məhkəmədə bildirib ki, borcluya məxsus olan bina 2013-cü ildə “Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinin nəzarəti altında olan investisiya fondunda paya dəyişdirilib. Bu sövdələşmə özü də hazırda məhkəmədə mübahisə obyektidir, belə ki, iddiaçının fikrincə, bu zaman hüquqlardan sui-istifadə olunub və həmin sövdələşmə aktivlərin çıxarılması məqsədini daşıyıb. İddiaçının sözlərinə görə, hazırda borclunun nə 1 milyard rubl dəyəri olan binası, nə də investisiya fondunda payı yoxdur.

Qeyd edək ki, “Tropikano biznes-klubu” şirkətinin müflisləşməsi ilə bağlı işin təşəbbüskarı VTB qrupuna daxil olan “BM-Bank”dır. Borclunun bank qarşısında 19,2 milyard rublluq öhdəliyi var ki, bunun da 10,5 milyard rublu əsas borc məbləğidir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …