Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Televiziyadan qovulduğu deyilən Sərxan Kərəmoğlu: “Rəhbərlik qalmaqalı sevmir, ona görə də… “

Televiziyadan qovulduğu deyilən Sərxan Kərəmoğlu: “Rəhbərlik qalmaqalı sevmir, ona görə də… “

Mətanət Əsədovla qalmaqal yaşayan Sərxan Kərəmoğlu nəinki televiziyadan, həm də toylardan olub….

Bu günlərdə xəstəxanaya yerlkəşdirilən Sərxan Kərəmoğlunun aparıcısı olduğu “Lider TV”-dən qovulduğu barədə məlumatlar yayılıb. News24.az saytının yazdığına görə televiziyanın rəhbərliyi canlı efirdə baş verən biabırçılığa görə onun “Xoş gəldin” adlı canlı verilişini bağlayıb, özünü isə qovalayıb. Məlumata görə Sərxan Kərmoğlunun halı şirkətin mühafizəçiləri tərəfindən içəri buraxılmadığı üçün pisləşib. Məsələ ilə bağlı açıqlama verən rəqqasə Fatimə Fətəliyeva olayların necə nəticələnəcəyindən məlumatsız olduğunu bildirib: “Düzünü desəm, nə baş verdiyini bilmirəm. Biz proqrama çıxmalıydıq, çıxmadıq. Bazar ertəsi bu məsələyə aydınlıq gətiriləcək”.

Qeyd edək ki, sənətçi bundan əvvəl də müəyyən səbəblərdən efiri tərk edib.

Musavat.com-un əməkdaşı məsələyə aydınlıq gətirmək üçün sənətçi Sərxan Kərəmoğlu ilə əlaqə saxlayıb. Sənətçi vəziyyətinin yaxşı olmadığını deyib: “O qədər də yaxşı deyiləm, vəziyyətim ürək açan deyil. Bildiyiniz kimi 4 ildir ki, panik-atak xəstəliyindən əziyyət çəkirəm. 2 il idi ki, xəstəliyim aradan qalxmışdı. Lakin may ayından xəstəlik yenidən başladı. Buna görə də həmin vaxt gündəlik verilişimi dayandırmalı olmuşdum. Sonra vəziyyətim bir qədər yaxşılaşdı və yenidən proqrama başladım, lakin sonda qalmaqal yaşandı”.

Sənətçi televiziyadan qovulması xəbərinə bu cür aydınlıq gətirdi: “Əlbəttə ki, sağlamlığım bərpa olunduqdan sonra yenidən efirlərə çıxacam. Lakin hazırda dərmanlar qəbul etdiyim üçün danışığımda qüsurlar var.

Televiziyadan qovulduğum barədə yayılan məlumatlar yalan, şayiədir. Bəli, bu doğrudur ki, qalmaqal televiziya rəhbərliyi tərəfindən xoş qarşılanmayıb. Bu da ona görə deyil ki, hansısa sənətkar barəsində qalmaqal yaşanıb, həmin qadın arzuolunmaz qadın siyahısında olan bir qadındır. Sadəcə rəhbərlik qalmaqalı sevmir. Bəli, belə bir söhbət olub, sadəcə onu başqa cür şişirdib yazırlar.

Televiziya qalsın bir kənara, mənim bir neçə toyum, qazancım əlimdən çıxıb… “

Xatırladaq ki, ötən həftə müğənni Mətanət Əsədovanın məlum “içki videosu” yayıldıqdan sonra hər iki sənətçi arasında qalmaqal yaşanmış, bir-biriləri haqda təhqiramiz ifadələr səsləndirmişdi. Son olaraq Sərxan Kərəmoğlunun canlı efirdə müğənniyə müraciət edərkən efirə yaraşmayan qeyri-etik ifadələr işlətməsi sosial şəbəkələrdə ciddi tənqid olunub, etirazla qarşılanmışdı.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …