Ana səhifə / Cəmiyyət / TARİXİMİZƏ SAHİB ÇIXAQ

TARİXİMİZƏ SAHİB ÇIXAQ

“Tariximizə sahib çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Vətən mənə oğul desə…-44 günlük Zəfər tarixi şagirdlərin gözü ilə” layihəsi 01 oktyabr 2022-ci il tarixdən etibarən start verildi.

2 aylıq layihə çərçivəsində təşkilat Bakı şəhərində və regionda (Tərtər və Goranboy) ümumtəhsil məktəblərində Vətən müharibəsinə dair, 44 günlük qələbəyə həsr olunmuş tədbirlər keçirməyi planlaşdırır. Tədbirlərdə IX sinif şagirdlərinin  aktiv iştirakı tələb olunacaq. Orta məktəblərdə keçirilən tədbirlərdə əvvəlcədən sinif şagirdlərinə qrup şəklində Vətən müharibəsi, Vətən uğrunda şəhid olan igidlərimizə, qaziləmizə həsr olunmuş slaydlar, video çarx və s. hazırlanması tapşırığı veriləcək. Hansı qrupun işi  daha yüksək qiymətləndiriləcəksə o qrup qalib sayılacaq. Həmin qrupa diplom və hədiyyələr təqdim olunacaq. Eyni zamanda rayonlarda-Goranboy və Tərtərdə orta məktəblərdə keçirilən tədbirlərdə isə öncə şagirdlərlə 44 günlük qələbəyə həsr olunmuş söhbətlər aparılacaq. 

Sonra isə şagirdlərin rəğbətləndirilməsi məqsədilə həmin məktəblərin şagirdləri arasında milli vətənpərvərlik ruhunda “Vətən mənə oğul desə…”mövzusunda inşa müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin ən yaxşı 3 iştirakçısı mükafatlandırılacaqdır. Sonda tədbirlərdə aktiv iştirak edən 30 şagirdin Şuşa şəhərinə səfəri olacaq.

“Tariximizə Sahib Çıxaq”  tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri:  Araz Şamilov

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …