Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Tariximizə sahib çıxaq layihəsi davam edir – FOTOLAR

Tariximizə sahib çıxaq layihəsi davam edir – FOTOLAR

“Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən mənə oğul desə…44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsinə 01 oktyabr 2022-ci il tarixdən etibarən start verildi.

Artıq ikinci tədbir yenədə Bakı şəhərində 313 saylı tam orta məktəbdə keçirildi. Tədbir zamanı məktəbin 9-cu sinif şagirdləri öz aktivlikləri ilə  seçilirdi. Beləki, şagirdlər 44 günlük Zəfər tariximizə həsr olunmuş çarxlar, video roliklər hazırlayıb, onu iştirakçılara təqdim etdilər.

Bildirək ki, tədbiri açılış nitqi ilə açan məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Təzəgül orucova belə tədbirlərin əhəmiyyətindən danışaraq, istər müəllimlərin, istərsə də şagirdlərin fəallığından çox razı qaldığını bildirdi. Ayrıca tədbirin əhəmiyyətinə toxunan Təzəgül müəllim müəllimləri belə tədbirlərin tez-tez keçirilməsinə çağırdı. Məhz belə tədbirlər uşaqlarda milli kimlik hissini, vətənpərvərlik hissini gücləndirir.

Təşkilatın sədri və məktəbin tarix müəllimi Araz Şamilov layihə haqqında geniş məllumat verdi.

Tədbirdə 44 günlük müharibənin iştirakçısı Asif Çümşüdov və məktəbin digər müəllimləri də iştirak edirdilər.

İştirakçılara öz ürək sözlərini söyləyən Asif müəllim şagirdlərə Vətənimizi çox sevməyi, onu göz bəbəyimiz kimi qorumağı tövsiyə edərək, eyni zamanda düşmənlərimizə qarşı mübarizədə savadlı şəkildə mübarizə aparmağı da tapşırdılar.

“Tariximizə Sahib Çıxaq”

 tarixi araşdırmalar və maarifləndirmə

 İctimai Birliyinin sədri:  Araz Şamilov

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …