Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Səyyar Əliyev: «Avropa Oyunları Muzeyinin yaradılmasına böyük zərurət var»

Səyyar Əliyev: «Avropa Oyunları Muzeyinin yaradılmasına böyük zərurət var»

 

«Onda bu hadisənin tarixi, siyasi əhəmiyyəti özünü daha aydın büruzə verəcək»

Birinci Avropa Oyunlarına sayılı günlər qalıb. Oyunlar yaxınlaşdıqca həyəcan yaxşı mənada artır. Ümumilikdə oyunlar zamanı Azərbaycanın keçmişini, mədəniyyətini tanıtmaq üçün sərgilərin təşkil olunması gözəl effekt verə bilər.
Həmin sərgilərdə xalçaçılıq, misgərlik, dulusçuluq və digər sənət növlərinin nümayişi xaricdən gələn qonaqların diqqətini cəlb edə bilər. Eyni zamanda, bənzər satış sərgilərini də təşkil etmək olar. Bir sözlə, Azərbaycanın mədəniyyətini, tarixi keçmişini, incəsənətini əks etdirən nümunələrin qonaqlara təqdim olunması ölkənin təbliği, tanıdılması baxımından müsbət effekt verə bilər.
Onu da qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi və digər muzeylər «Bakı-2015» Birinci Avropa Oyunları zamanı ölkəmizə gələn xarici qonaqları, paytaxt sakinlərini yüksək səviyyədə qarşılamağa hazırlaşır. Belə ki, «İdman və İncəsənət» və digər adda sərgilər təşkil olunacaq ki, bütün bu kimi tədbirlər çox müsbət effekt verəcək. Məsələn, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında müxtəlif dövrlərə aid olan Azərbaycan rəssamları tərəfindən «İdman və İncəsənət» mövzusunda yaradılmış sənət əsərlərindən ibarət sərgi təşkil olunacaq. Muzeydə 3 dildə – rus, ingilis və Azərbaycan dillərində bələdçilər var. Onlar xarici qonaqların xidmətində olacaq. Həmçinin xüsusi kitabçalar da turistlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunub saxlandığı xəzinədir. 17.000-dən artıq sənət abidəsinin mühafizə edildiyi bu xəzinənin fəaliyyət tarixi zəngindir. Bütün bu deyilənlərin fonunda mütəxəssislər Birinci Avropa Oyunları ilə bağlı xüsusi muzeyin yaradılmasına necə baxırlarğ Müqayisə üçün qeyd edək ki, Yunanıstanda olimpiya muzeyi var.
Mövzu ilə bağlı bu günlərdə Avropa Oyunları zamanı Azərbaycan mədəniyyətinin, incəsənətinin, rəssamlıq nümunələrinin qonaqlara çatdırılması ideyası əsasında yeni yaradılan «Şuşa Qalereyası»nın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, tanınmış rəssam Səyyar Əliyevin münasibətini öyrəndik. O,  açıqlamasında bildirdi ki, Avropa Oyunlarına yalnız idman kontekstində yanaşmaq düzgün deyil: «Bu böyük və mötəbər hadisə, eyni zamanda, ölkəmizin bütün dünya ictimaiyyətinə təqdim olunması deməkdir. Çalışmalıyıq ki, bizə verilən fürsətdən səmərəli istifadə edək. Bunun üçün nə etməliyik? Hər bir şəxs öz çalışdığı sahədə bacardığı qədər ölkəmizin tərənnümünə vaxt ayırmalıdır. Sözügedən tarixi hadisəyə bu günün kontekstində yanaşanda insanlığa bir az adi gələ bilər. Hesab edirəm ki, Sizin qaldırdığınız təşəbbüsün Azərbaycanın ev sahibliyi etdiyi böyük idman tədbirinin əbədiləşdirilməsinə və yaddaşlardan silinməməsinə böyük köməyi olacaq. Onda bu hadisənin tarixi, siyasi əhəmiyyəti özünü daha aydın büruzə verəcək. Bu baxımdan da Avropa Oyunları Muzeyinin yaradılmasına böyük zərurət var. Həmin muzey bəlkə də Azərbaycanın ən çox ziyarət olunan yerlərindən biri olacaq. Ona görə də bu təklif böyük dəstəyə layiqdir».

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın