Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Tanınmış jurnalist Vasif Talıbovun sərancamını alqışladı: “30 kitabın hamısı mükəmməl seçimdir”

Tanınmış jurnalist Vasif Talıbovun sərancamını alqışladı: “30 kitabın hamısı mükəmməl seçimdir”

Tanınmış jurnalist Rauf Kəngərli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı ilə bağlı fikirlərini bildirib. Azinforum.az jurnalistin mövzu ilə bağlı mövqeyini təqdim edir:

“Aqillər kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab edirlər. Bu, səbəbsiz deyil. Çünki insanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Böyük şəxsiyyətlərin həyatlarına nəzər yetirdikdə, onların hərtərəfli inkişafında mütaliənin əhəmiyyətli rol oynadığını aydın şəkildə görmək mümkündür. Bütün istiqamətlərdə inkişafın ancaq elmi əsaslarla mümkün olduğu müasir dövrdə hər kəsi düşündürən məsələlərdən biri də cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişaf səviyyəsidir.

Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalamasını böyük sevinclə qarşıladım.Həmin siyahıda olan 30 kitabın hamısı mükəmməl seçimdir. Bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır”.

Azinforum.az

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın