Ana səhifə / Cəmiyyət / TANINMIŞ JURNALİST ƏMİNƏ YUSİFQIZI 65 İLLİK YUBİLEYİNİ QEYD EDİR

TANINMIŞ JURNALİST ƏMİNƏ YUSİFQIZI 65 İLLİK YUBİLEYİNİ QEYD EDİR

Yevlaxda işıq üzü görən  “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızının 65  illik yubileyidir.

Azinforum.az xəbər verir ki, yubilyar  respublikanın əməkdar jurnalisti, “Qızıl qələm”, Həsənbəy Zərdabi, Məhsəti Gəncəvi mükafatlarının  və  “Tərəqqi” medallının laureatıdır. Yubilyarın baş redaktoru olduğu “Kür” qəzetinin böyük tirajla nəşri, tək əyalət qəzetləri içərisində deyil, bütövlükdə ölkənin media məkanında tanınması məhz onun əməyi sayəsində mümkün olub.

Ə.Yusifqızı eyni zamanda, insanlara qayğı ilə yanaşan, onların problemlərinin aradan qaldırılmasına can yandıran insanpərvər və humanist ziyalı kimi də tanınır.

Azinforum.az dəyərli həmkarımızı 65 illik yubileyi münsibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayır.

AZİNFORUM.AZ 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın