Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / TANINMIŞ HƏRƏKATÇI FAZİL MUSTAFAYA CAVAB VERDİ – DEPUTATA SEPARAT GÖRÜŞ İTTİHAMI

TANINMIŞ HƏRƏKATÇI FAZİL MUSTAFAYA CAVAB VERDİ – DEPUTATA SEPARAT GÖRÜŞ İTTİHAMI

Tanınmış jurnalist Əvəz Zeynallının müəllifi olduğu  “Qaynar qazan” layıhəsi çərçivəsində təşkil edilən telemüsahibənin növbəti qonağı millət vəkili Fazil Mustafa olub. Deputat müsahibəsində Əli Kərimlinin 90-cı illərdə AXCP-nin adından hakimiyyətlə separat danışıqlara getməsi və bunu sübut edən faktların mövcudluğundan danışıb. Fazil Mustafanın həmin fikirinə ilk reaksiyanı  Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən olan, sabiq cəbhəçi Fərəməz Allahverdiyev verib. Azinforum.az həmin cavabı təqdim edir:

“Baxım görüm, vaxt eləsəm Fazil bəyin cavablarındakı sətir aralarında gizlənən qaranlıq məqamlara işıq tutmağa çalışacağam.
Deyir ki, “Bu gün özündən böyük danışanların hamısı çıxsınlar qabağa və desinlər ki, Fazil Mustafanın hakimiyyətlə hansısa danışığını ya ifşa elədilər, ya da gördülər.”, “Xalq Cəbhəsinin rəhbərliyində olan bəzi şəxslər Elçibəydən xəbərsiz hakimiyyətlə danışıqlara getdilər.”
Ən çox bu iki cümləyə rastladığımda heyrətləndim…
Nəinki gördüm Fazil bəy, hətta o görüşlərin birində (Konservatoriyanın arxasındakı “Asiya” restoranında) sizdən iki masa aralıda iki nəfərlə oturub sizin söhbətinizin bitməsini gözləyirdik. Həmin iki nəfərdən biri – Ramiz Mirzə feysbukda var, dediklərimi təsdiq edə bilər. İndi mənimçün maraqlıdır, Elçibəyə bu görüş haqqında xəbər vermişdinizmi? Verməmişdinizsə, o zaman başqalarını, konkret olaraq Əli Kərimlini (hərçənd ki, onun günahları heç də sizinkindən az deyil) hansı haqla qınayırsınız? Xəbər vermişdinizsə… O zaman mən sizi qınamıram, çünki ən böyük günahkar məhz Elçibəy özü idi. Sizin ondan imtina etməniz isə, bəlkə də siyasi karyeranızda ən doğru addımınızdır.
Müsahibənin dərci tam başa çatsın bizim də deyəcəklərimiz olacaq. Çalışarıq ki, fikirlərimizi qələmə alaq”.

Azinforum.az Fazil Mustava ilə olan telesöhbəti təqdim edir.

 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın