Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / TANINMIŞ ƏCNƏBİ HƏKİM ŞANTAJ EDİLDİYİNİ DEYİR – VİDEO

TANINMIŞ ƏCNƏBİ HƏKİM ŞANTAJ EDİLDİYİNİ DEYİR – VİDEO

Bakıda fəaliyyət göstərən İran əsilli  tanınmış həkim Behnam Kazemi şantaja məruz qaldığını bildirir.  O, Azinforum.az-a verdiyi açıqlamada deyib ki, bu proses uzun müddətdir ki, davam edir:

“Mən çox təəssüf edirəm ki, bu qarayaxmada jurnalistlərdən istifadə olunur. Ünvanıma olmazın iftrasını, hədyanını yağdırırlar. Bir müddət susdum, dedim bəlkə abır, həya edib özlərinə yığışarlar.  Ancaq görürəm ki, xeyiri yoxdur. Bugünlərdə sizin sayt vasitəsilə indiyə qədər barəmdə səsləndirilən bütün ittihamlara aydınlıq gətirdim.  Ortaya ciddi dəlil və sübutlar qoydum. Görünür, bu da onlara kifayət etməyib.  Bu cür iyrənc kampaniyanın arxasında iki məqsəd durur: məndən pul qoparmaq və bezdirilərək ölkəni tərk etməyimə nail olmaq. Ancaq buna nail ola bilməyəcəklər. Çünki mən Azərbaycanı canımdan da artıq sevirəm. Bura həm də mənim Vətənimdir. Azərbaycanda  hüquqi dövlət mövcuddur. Əminəm ki, məni bu şəbəkənin əlindən alacaqlar. Artıq səbrim tükənib və günü sabah hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişəm. Vətəndaşı olduğum ölkənin Bakıdakı səfirliyi vasitəsi ilə məruz qaldığım şantajlarla bağlı əlaqədar qurumlara müraciət edəcəm”.

 

s0s1

s2

s4

s7

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın