Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Talış əsilli ziyalılar Fəxrəddin Abbasova etiraz etdi – VİDEO

Talış əsilli ziyalılar Fəxrəddin Abbasova etiraz etdi – VİDEO

İki gün əvvəl hava limanında saxlanılaraq həbs edilən Fəxrəddin Abbasovla bağlı anti-Azərbaycan mövqeli bir sıra xarici mətbu orqanlarda məlumatlar dərc olunur.

Maraqlısı budur ki, Fəxrəddin Abbasov bu yazılarda ziyalı və talış xalqının lideri kimi təqdim olunur. Söhbət o insandan gedir ki, Azərbaycanın parçalanması üçün daim çağırışlar edib, hətta bununla bağlı Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi istintaq araşdırmasındadır.

Bəs Fəxrəddin Abbasov kimdir?!

Adını və soyadını dəyişdirərək Faxroddin Abboszade etsə də, Azərbaycan xalqı onu yaxşı tanıyır. Azərbaycana düşmən kəsilən bu şəxs bütün fəaliyyətini ölkəni parçalamağa həsr edib. Fəxrəddin Abbasovu Azərbaycan icitimaiyyəti həm də erməni mətbuatının ulduzuna çevrilməsi ilə tanıyır. Azərbaycan əleyhinə çağırışları, separatçı bəyanatları ilə ermənilərlə eyni mövqedə olan bu şəxsin Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri istintaqın əsas araşdırma predmetlərindəndir.

Amma xaricdəki bəzi anti-Azərbaycan dairələri Fəxərəddin Abbasovun həbsini bəhanə kimi istifadə edərək ölkəmizə təziq göstərmək istəyirlər. Onu az qala görkəmli ziyalı, hətta talış xalqının lideri kimi təqdim edirlər. Bununla bağlı artıq bəzi mətbu orqanlarda propoqanda kampaniyasına başlanılıb. Bundan ən çox narahat olanlar isə talış xalqının nümayəndələri olan vətəndaşlarımızdır. Talış əsilli ziyalılar və ictimaiyyət nümayəndələri, ümumiyyətlə, Fəxrəddin Abbasovun adının talışlarla yanaşı hallanmasının əleyhinədirlər.

Fəxrəddin Abbasovun, əslində, bir satqın olduğunu deyən ziyalılarımız onun talış xalqının lideri kimi təqdim ediləmsini absurd hesab edirlər.

Fəxrəddin Abbasovun barəsində açılan cinayət işinin maddələrinə də nəzər saldıqda, onun əslində kim olduğu aydın olur. O, dövlət əleyhinə yönələn açıq çağırışlar, milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması maddələri ilə ittiham olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …