Ana səhifə / Cəmiyyət / Tahir Kərimli deputat statusunda il hücumunu kimə etdi? – “Müxalifətin ən radikal və güclü vaxtında onlar gedib parlamentdə otururdular”

Tahir Kərimli deputat statusunda il hücumunu kimə etdi? – “Müxalifətin ən radikal və güclü vaxtında onlar gedib parlamentdə otururdular”

Yeni formalaşan parlamentin tərkibi ilə bağlı səsləndirilən iradlardan biri də deputatlar arasında fərqli siyasi palitranın zəif olmasıdır. Ancaq seçilən deputatların adlarına baxanda görürük ki, əksinə, bu çağırışda təmsil olunacaq siyasi partiyaların sayı 11-dən 12-yə yüksəlib
“Ümid” və “Ədalət” partiyaları mandat qazana bilməsələr də, onların yerini ASDP, “Vəhdət” və DMP tutub.
Hakim Yeni Azərbaycan Partiyası 1 noyabr seçkisinin ilkin nəticələrinə görə, parlamentdə 71 deputatla təmsil olunacaq. Milli Məclisə düşən digər partiyalardan yalnız Vətəndaş Həmrəyliyi Partiyası 2 mandat ala bilib.
Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Sosial Rifah Partiyası, Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 mandat qazanıblar.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib. Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 namizəd, 22 partiya mübarizə aparıb.
Bu amil parlamentin çoxpartiyalı olmamasına dair iddialara necə təsir edəcək?
Yeni parlamentdə mandat qazanan Vəhdət Partiyasının sədri Tahir Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, parlamentin monosiyasi spektrə malik olması ilə bağlı səslənən iddialar başdan ayağa cəfəngiyyatdır:

“Yeni formalaşan parlament Azərbaycanın siyasi səhnəsini tam əks etdirir. Hüquqi baxımdan da parlamentin formalaşması tam qanuni əsaslarla həyata keçirilib. Siyasi aspektdən yanaşanda isə deyə bilərik ki, hakim partiya doğrudan da mütləq gücə sahib olduğu səbəbindən bu nailiyyəti qazanıb. Bunu etiraf etməliyik. Mən digər 11 partiyanın parlamentdə təmsilçilik qazanmasını normal qarşılayıram və hesab edirəm ki, bu, siyasi rəngarəngliyin təzahürüdür.
Belə siyasi iradları daha çox radikal müxalifətin nümayəndələri bildirir ki, onların da bunu deməyə heç bir haqqı yoxdur. Müxalifətin ən radikal və güclü vaxtında onlar gedib parlamentdə otururdular. İndi isə xalqa verdikləri yalan vədləri yerinə yetirə bilmədikləri üçün parlamentdən kənarda qalıblar. Bəziləri isə qorxularından seçkiyə qatılmadı. Hesab edirəm ki, yeni parlament çoxpartiyalı əsaslar üzərində təşkil olunub”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın