Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Tahir Kərimli əlindən tutduğu qadından danışdı

Tahir Kərimli əlindən tutduğu qadından danışdı

“Həmin yaşlı xanım Ağsu rayonunun Bico kəndində görüş zamanı mənə yaxınlaşıb dedi ki, evi qəzalı vəziyyətdədir. Ona dedim ki, iclas bitsin, evə baxış keçirək. Dedi, inanmıram. Görüş bitdikdən sonra öz avtomobilimlə həmin xanımın evinə getdik, baxış keçirdik. Yaşlı xanımı görüşə məcburi gətirməmişəm, probleminə görə gəlmişdi. Orada şəkli kim çəkib, niyə çəkib, bilmirəm…”

Bunu Pravda.az-a açıqlamasında 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Tahir Kərimli deyib.

T.Kərimli ucuz piarla məşğul olmadığını qeyd edib: “Düzdür, deputatlığa bəzi namizədlər süni görüntü yaratmaqla məşğuldur, amma biz heç vaxt o işlə məşğul olmamışıq. Hərə bir söz deyir, doğrusu, fikir vermirəm. Ağsu rayonunun Rəhimli kəndində də bəzi iradlar səsləndirildi. Faktiki olaraq, o kənddə keçirilən bütün tədbirlərdə iştirak etmişəm. Sakinlərin bəzi hallarda görüşlərimizdən xəbərləri olmayıb. Prezident İlham Əliyev də tövsiyə edib ki, deputatlar seçicilərlə görüşlər keçirməlidir. Seçicilərlə görüş üçün qarşılıqlı maraq lazımdır… Təəssüflər olsun ki, bəzilərinin vəziyyətdən xəbəri olmadan məlumatları paylaşır, əleyhimizə kampaniya aparırlar. Bacardığımız qədər sakinlərlə görüşlər keçiririk”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …