Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin və atasının məzarı hazırdır.
AzNews.az xəbər verir ki, bu barədə sənətkarın qızı məlumat verib. Atasının qəbrinin fotosunu paylaşaraq “bu da sənin evin” deyə bildirib.
Qeyd edək ki, Tahir Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də dünyasını dəyişib. Tahir Əkbər dəfn olunduqdan bir neçə saat sonra həyat yoldaşının istəyi ilə meyiti qəbrdən çıxarılıb və mərhum atasının məzarında dəfn edilib.