Ana səhifə / Cəmiyyət / Tağı Əhmədovun ayaqları tutuldu – “Möcüzə olmalıdır“

Tağı Əhmədovun ayaqları tutuldu – “Möcüzə olmalıdır“

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük yerimə qabilliyyətini itirib.

Manset.az xəbər verir ki, ömürlük əlil arabasına məhkum olmaqla yanaşı, onun ürəyində də ciddi problem yaranıb.

Hazırda T. Əhmədov Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.

Xanımı Salatın Əhmədova faktı təsdiqləyib: “Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti ürəkaçan deyil. Müalicə zamanı başqa problemləri də üzə çıxdı. Onun ürəyində də problem var. İndi müalicə edəcəklər. Yəqin, ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Yeriməyi artıq mümkün deyil. Bunun üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir sabah başına nə iş gələcək”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …