Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Tağı Əhmədov həbs edilə bilər – Aslan İsmayılovdan sensasion açıqlama

Tağı Əhmədov həbs edilə bilər – Aslan İsmayılovdan sensasion açıqlama

 

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun “Bakı Metropoliteni” sabiq sədri Tağı Əhmədovdan 3 milyon manatı necə almasının detalları məlum olub.

T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilib və hadisəni danışıb. Müstəntiqin ondan “Siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz?” sualına “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə cavab verib.

Bəs Tağı Əhmədov Akif Çovdarova verdiyi 3 milyon manatı hardan alıb?Qeyd edək ki, Tağı Əhmədov özü Azadlıq Radiosuna müsahibəsində maaşının 890 manat olduğunu deyib: “Ancaq 40 ildir metropolitendə işlədiyimə görə əlavələr var, onu alıram, “Fəxri dəmiryolçu” kimi əlavələr var, bir də üstəliklər var, onu alıram. Yəni, təkcə 890 manat deyil, bundan bir qədər artıq pul alıram. Amma sırf maaşım 890 manatdır”.

Tağı Əhmədov həmin layihədə sualları cavablandırarkən  metropoliten ərazisindəki ticarət obyektlərindən metronun hesabına ayda 70 min manat köçürüldüyünü, bundan “bir qəpik də” vergi vermədiyini və pulun hamısının metronun xərclərinə sərf olunduğunu deyib.

Tağı Əhmədov ilk əmək fəaliyyətinə 1965-ci ildə “Badamlı” zavodunda fəhlə kimi başlayıb. 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib.
1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb.

Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.
Tanınmış hüquqşünas Aslan İsmayılov Qaynarinfo.Az-a  bildirib ki, bizim ölkədə nəinki metropoliten rəisinin,  prezidentin belə əmək haqqı ömür boyu yığılsa,  3 milyon etməz: “Bu, yalandı. Əmək haqqı ilə Azərbaycanda heç kim 3 milyon sərvət toplaya bilməz. Bunlar hamısı korrupsiya yolu ilə qazanılmış pullardır.  İndi siz təsəvvür edin ki, Tağı Əhmədov bu ölkə məmurları içərisində dağıdanlar siyahısında deyil. Görün, dağıdanların nə qədər sərvəti var?”

Aslan İsmayılov deyib ki, Tağı Əhmədovun Akif Çovdarova 3 milyon manat verməsi sübut olunsa, o, həbs edilə bilər: “Bunu sübut etmək üçün isə bütün Nazirlər kabinetini həbs etmək lazımdır. Bu təsdiq edir ki, Azərbaycan məmurları korrupsiya yolu ilə milyonlar talayıb”.

Qaynarinfo.Az

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın