Ana səhifə / Cəmiyyət / “Təsəllim odur ki, Elina məktəbdə ölmədi” – Sevinc Abbasova

“Təsəllim odur ki, Elina məktəbdə ölmədi” – Sevinc Abbasova

Səbael rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Sevinc Abbasova bildirib ki, hadisə günü ikinci dərs bitəndən sonra tənəffüs zamanı məsələdən xəbərdar olub: “Direktor müavini Tünzalə Mikayılova ilə otağımdaydıq. Bu zaman müəllimə gəlib həyətdə bir uşağın yıxıldığını dedi. Tez çölə qaçdıq. Gördüm ki, Azərbaycan bölməsinin uşaqları Elinanı qucaqlarına götürüb məktəbin qapısına tərəf gəlirlər. Birinci hirsləndim ki, Elinanı kim itələyib. O zaman Elina dedi ki, onu heç kim itələməyib, özü yıxılıb. Elinanı otağımda divana uzadandan sonra o danışmaq istədiyini dedi. Elina dedi ki, 3 aydır Tramadol atıram, amma son 3 gündə tapa bilmədiyim üçün hər gün 1 paçka Ketatifen içirəm. Sonra da çantasından Ketatifen qutusu çıxdı. Tibb bacısı sonra gəlib dedi ki, sınıq, gözlə görünən xəsarət yoxdur. Mənim yadımda deyildi həkimə ilk kim zəng etmişdi, amma istintaqda bəlli oldu ki, mən zəng etmişəm. Hadisə ilə valideynlərə xəbər veriblər. Həmin vaxt polislər gəlmişdi. Sual-cavab edirdilər. Mənə verilən suallara da Elinanın özü cavab verirdi. Sonra Xalidə Bayramova gəldi, polislər Elinanın çantasını gətirdilər, içindən 20 ədəd psixotrop dərmanın adları yazılan vərəq çıxdı. Həm də Elinanın gündəliyi var idi, orada yazılmışdı ki, “ölümümə 52 gün qalıb, mənim həyatım zibil kimidir”.

Suallara cavab verən Sevinc Abbasova bildirib ki, indi özünü təqsirli bilmir. O, həmçinin, Elinanın boğazı kəsməsi ilə də bağlı danışıb: “Elinanın boğazını kəsəndə polisə məlumat vermişdik. Pərvanə xanım gəlib söhbət aparmalıydı. Elinadan “boğazını niyə kəsmisən?” soruşanda o bildirdi ki, belə “cool” görsənir. Həmin boğazını kəsik şəkilləri də “instagram ” yükləyir”

Direktor sonda bildirib ki, təsəlləsi odur ki, Elina məktəbdə yox, 2 gün sonra xəstəxanada dünyasını dəyişib.

Məhkəmə oktyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …