Ana səhifə / Cəmiyyət / Tələbə qız müəllimindən uşaq dünyaya gətirdi – Azərbaycanda

Tələbə qız müəllimindən uşaq dünyaya gətirdi – Azərbaycanda

Azərbaycanda tələbə qız müəllimindən uşaq dünyaya gətirib.

Unikal.org xəbər verir ki, bu barədə ATV-də yayımlanan “Bizimləsən” verilişində məlumat verilib. Verilişə müraciət edən Zaur anası ilə görüşmək istədiyini bildirib.

Aparıcı Zaur Baxşəliyev həmin tələbənin adını açıqlamasa da, bir çox faktların üstünü açıb:

“1980-cı ildə tələbə qız Azərbaycanın şimal rayonlarından birindən Mingəçevirə mühasibatlıq üzrə oxumağa gəlib. Burada onun müəllimi ilə arasında münasibət yaranıb. Tələbə qız müəllimindən hamilə qalıb. Rayona qayıdan tələbə qız ailəsi tərəfindən Bakıya, əmisigilə göndərilir. O, Bakıda kirayə qaldığı evlərin birində 1981-ci ildə uşağı dünyaya gətirir. Həmin mənzil OMD-yə yaxın yerdə yerləşir. “Salyan kazarması”na yaxındır. Doğulan uşağı bir ailəyə verirlər. Həmin qadın uşağını övladlıq verdiyi ailəyə gedib gəlirmiş. 7 ildən sonra isə həmin ailə ilə əlaqəsi kəsilir, qadın rayona qayıdır, burada toyu olur. Hərbçi ilə evlənir. İndi də həmin şəxslə evlidir. Həmin qadının yaşama ehtimalı var. Mən istəyirəm ki, o efirə gəlsin və Zaur anasını tanısın”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …