Ana səhifə / Cəmiyyət / TƏHSİL NAZİRLİYİNİN YARITMAZ FƏALİYYƏTİ DÖVLƏTƏ, MİLLƏTƏ QARŞI DÜŞMƏNÇİLİKDİR

TƏHSİL NAZİRLİYİNİN YARITMAZ FƏALİYYƏTİ DÖVLƏTƏ, MİLLƏTƏ QARŞI DÜŞMƏNÇİLİKDİR

Bu ilin dövlət büdcəsindən təhsil tələbə kreditlərinin verilməsi üçün 80 milyon manat vəsait ayrılıb. Bununla əlaqədar Təhsil Tələbə Krediti Fondu yaradılıb və həmin 80 milyon fondun nizamnamə kapitalı kimi rəsmiləşib. 17 iyun 2021-ci il tarixində ölkə Prezidentinin fərmanı ilə fondun nizamnaməsi də təsdiq olunub.

Bir sözlə, gərəkən hər iş görülüb ki, bu il ölkə vətəndaşları bu imkandan istifadə edə bilsinlər. Minlərlə abituriyent buna ümid olub universitetlərə qəbul olub, o cümlədən mən də. Amma deyir sən saydığını say gör Təhsil Nazirliyi nə sayır. Bu işdə Təhsil Nazirliyinin üzərinə düşən yeganə iş bununla bağlı informasiya resursu yaratmaq olub ki, onu da günü bu günə qədər yaratmayıb. Ayın 20-si Universitetlərə qeydiyyatın son günüdür, qeydiyyata düşmək üçün təhsil haqqının ödənilməsi tələb olunur. Baxamayaraq ki, nazir səviyyəsində belə dəfələrlə elan olundu ki, bu kreditdən 2021/2022-ci dərs ilinin ilk yarımilindən artıq istifadə eləmək olar, amma məlum oldu ki, Nazirlik üzərinə düşən işi görmədiyinə görə bu mümkün olmayacaq. Normalda Nazirliyin rəhbərliyi buna görə xalqdan üzr istəyib istefa verməlidr, amma kimə deyirsən?, nə arzulayırsan? bunlar hamısı boş və mənasız şeylərdir, onlar öz kefindədir, heç bir şey veclərinə deyil, cəzasız qalacaqlarına tam əmindirlər, ona görə belə şeyləri heç ağıllarının ucundan da keçirmirlər.Nazirlik Universitetlərə qeydiyyatla bağlı 051 206 78 48 nömrəsində olan votsap xidmətini elan edib. Bura bununla bağlı göndərilən suallara cavab verilmir, eləcə bu barədə hələlik heç bir məlumat yoxdur yazıb, üzərindən keçirlər.

Firdovsi Şahbazov, iqtisad üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …